[b]Millimizin voleybolçusu yarımfinal şansını itirdi[/b]
31.03.2017 - 18:27
[b]Millimizin voleybolçusu yarımfinal şansını itirdi[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasının pley-off mərhələsinin matçları davam edir. Apasport.az saytının məlumatına görə, 1/4 finalın II matçları çərçivəsində “Əczaçıbaşı” “Çanakkale Bld” klubu ilə üz-üzə gəlib.

 

Azərbaycan millisinin üzvü Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” bu gün də məğlubiyyətə üzülüb. İlk matçda 3:1 hesabı ilə qalib gələn “Əczaçıbaşı” (25:22, 25:18, 25:20) ikinci oyunu 3:0 hesabı ilə xeyrinə bitirib.

 

Kulan qarşılaşmada 7 xal toplayıb.

 

Beləliklə, Kseniya Poznyakın şərəfini qoruduğu “Beşiktaş”ın ardınca Yananın komandası da mərhələ adlamaq şansını itirib. 

0