SİZİN REKLAM BURADA

Qran-Pri: 5 görüşdə 1 qələbə

Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri yarışında 2-ci günün görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 4 cüdoçusu mübarizəyə qoşulub. Lakin onlardan heç biri fəxri kürsüyə yüksələ bilməyib. Təmsilçilərimiz tatamidə keçirdiyi 5 görüşdən yalnız birində qələbə qazanıb.

 

Kişilər

73 kq

Yığmamızın üzvü Elvin Mustafüyev ilk görüşdə rusiyalı Uali Kurjevə məğlub olub.

 

81 kq

Bu çəki dərəcəsində yeganə təmsilçimiz Afiq Səfərli ilk cəhddə Litva təmsilçisi Arturas Mayboroda qalib gəlib. İkinci görüşdə meydan sahibi Georgi Papunaşvili ilə üz-üzə gələn idmançımız tatamini məğlub tərk edib.

 

Qadınlar

63 kq

Nuriyə Axundova ilk döyüşünü Ketrin Untervurzaxerə (Avstriya) qarşı keçirib. Dueldən rəqib qalib ayrılıb.

 

Eyni çəkidə çıxış edən Xanim Hüseynova da ilk görüşdə uduzub. O, böyük britaniyalı Emmi Liveseyə məğlub olub.

 

Qeyd edək ki, Azərbaycan 3 gün davam edəcək yarışda 16 idmançı ilə təmsil olunur. İlk iki gündən sonra təmsilçilərimiz medal qazana bilməyib.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220