Azərbaycan voleybol yığması İsrailə qalib gəlib
07.04.2008 - 10:52
Azərbaycan voleybol yığması İsrailə qalib gəlib
Bakı. Kənan Həsənov-APA-Sport. Quba Olimpiya Kompleksində təlim-məşq toplanışında olan Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası İsraillə iki yoxlama oyunu keçirib. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız ilk oyunda rəqibinə məğlub (0:3) olsa da, növbəti matçda eyni hesabla qalib gəlib. Komandalar bu gün daha bir oyun keçirəcəklər.
0