“Neftçi” Elşən Qəmbərovun komandasına uduzub
07.04.2008 - 11:20
“Neftçi” Elşən Qəmbərovun komandasına uduzub
Səmərqənd. Mehman Süleymanov-APA-Sport. Azərbaycan yığmasının sabiq futbolçusu Elşən Qəmbərovun çıxış etdiyi Özbəkistanın “Dinamo” klubu yeni mövsümdə ilk qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Səmərqənd şəhərini təmsil edən komanda 4-cü turda öz meydanında Fərqananın “Neftçi” klubunu məğlub edib – 2:1. 36 yaşlı hücumçumuzun iştirak etdiyi görüşdə fasiləyə məğlub durumda yollanan “Dinamo” ikinci hissədə vurduğu iki qol sayəsində əzmkar qələbə qazanıb. Qeyd edək ki, ilk üç oyunda eyni hesabla məğlub olan (0:1) E.Qəmbərovun komandası bu qələbə ilə turnir cədvəlində 11-ci pilləyə yüksəlib.
0