[b]Yığmamız Tatada hazırlıqda[/b]
03.04.2017 - 14:44
[b]Yığmamız Tatada hazırlıqda[/b]

Cüdo üzrə Azərbaycan milli komandası Macarıstana səfər edib. Apasport.az saytının məlumatına görə, yığmamızın aparıcı üzvlərindən ibarət komandamız Tata şəhərində təlim-məşq toplanışındadı.

 

Baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında keçirilən toplanışda Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Tural Səfquliyev (90 kq), Elxan Məmmədov (100 kq), Elmar Qasımov (100 kq) və Uşaqi Kokauri (+100 kq) iştirak edirlər.

 

Cüdoçularımızın Macarıstan təlim-məşq toplanışına aprelin 8-də yekun vurulacaq.

 

0