[b]Milli üzvü oynadı, komandası məğlub olsa da, 1/4 finala yüksəldi[/b]
04.04.2017 - 01:49
[b]Milli üzvü oynadı, komandası məğlub olsa da, 1/4 finala yüksəldi[/b]

Qadınlar voleybolçular arasında İtaliya A seriyasında pley-offun cavab qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Odina Bayramovanın formasını geyindiyi “Firenze” cavab oyununda səfərdə “Boltsano” ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bayramova matçda 13 xal toplayıb.

 

Məğlubiyyətə baxmayaraq milli üzvünün komandası 1/4 finala adlayan tərəf olub. Belə ki, iki komanda arasında iki gün öncə keçirilmiş oyunda “Firenze” 3:0 hesablı qələbə qazanmışdı. Odina həmin oyunda isə 14 xalla komandasına kömək etmişdi.

 

“Firenze” 1/4 finalda “Konelyano” ilə qarşılaşacaq.

0