[b]Voleybolçular futbol stadionunda - FOTO[/b]
04.04.2017 - 09:29
[b]Voleybolçular futbol stadionunda - FOTO[/b]

Kişi voleybolçular arasında Dünya Liqasının final oyunu futbol meydanında keçiriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşma Braziliyanın Kuritiba şəhərinin “Arena de Bayşada” stadionunda baş tutacaq.

 

Bu idman qurğusu 43 min tamaşaçı tutumuna malikdi. Stadion “Atletiko Paranaense”nin ev oyunlarını keçirdiyi arenadı.

 

36 komandanın mübarizəyə başladığı yarışın final mərhələsi isə iyunun 4-8-də olacaq. Burada planetin 6 ən güclüsü qevvəsini sınayacaq.

 

Qeyd edək ki, bu, FİVB-in bayrağı altında keçirilən yarışlar tarixində ikinci oyundu ki, futbol meydanında təşkil olunacaq. 2014-cü ildə Polşada keçirilən dünya çempionatının açılış oyunu Varşavadakı 63 min tutuma malik Milli stadionda keçirilmişdi. 

0