[b]Qran-pridə ikinci gün: Heydərov da "bürünc" qazandı - YENİLƏNİB[/b]
08.04.2017 - 18:54
[b]Qran-pridə ikinci gün: Heydərov da "bürünc" qazandı - YENİLƏNİB[/b]

Cüdo üzrə Antalya Qran-prisi davam edir. Apasport.az saytının məlumatına görə, dünən 1 bürünc medal qazanan komandamız yarışın ikinci günündə 3 idmançı ilə təmsil olunub.

 

Kişilərin mübarizəsində bir çəki dərəcəsində 2 həmyerlimiz, qadınların yarışında isə 1 idmançımız tatami üzərinə çıxacaq.

 

Kişilər

73 kq

Bu çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli mübarizəyə 1/16 final mərhələsindən start verib. Onun ilk rəqibi Cənubi Koreyanın təmsilçisi Hyunsu Park olub. İdmançımız qələbə qazanaraq, 1/8 final mərhələsinə adlayıb. Lakin Rəhimli növbəti rəqibi ilə bacarmayıb. Sloveniyalı Rok Draksiçə uduzan həmyerlimiz yarışda mübarizəni dayandırıb. 

 

Bu çəkidəki digər idmançımız Hidayət Heydərov isə yarışa 1/8 final mərhələsindən başlayıb. Böyük perspektiv vəd edən Heydərov rusiyalı Laşa Lomidze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn həmyerlimiz 1/4 finala adlayıb. Bu mərhələdə Türkiyə təmsilçisi Hasan Vanlıoğlu ilə qarşılaşıb Hidayət məğlubiyyətlə üzləşib. İdmançımız təsəlliverici görüşdə əvvəlcə monqolustanlı Xadbatar Naranxu ilə qüvvəsini sınayıb. Bu döyüşdə qalib gələn Heydərov növbəti rəqibi, Kosovo təmsilçisi Akil Qjakovu məğlub edərək yarışın bürünc medalını qazanıb.

 

Qadınlar

63 kq

Gülsədəf Kərimova mübarizəyə 1/8 finaldan başlayıb. Rusiyalı Olqa Kruikova ilə qarşılaşan idmançımız məğlubiyyətlə üzləşərək, startdaca yarışla vidalaşıb. 

 

Qeyd edək ki, yarışa 13 cüdoçu ilə qatılan komandamız Qran-prinin son günündə daha 3 idmançı ilə təmsil olunacaq.   

0