[b]Qran-Pridə son günün qazancı: Yenə bir “bürünc”! - YENİLƏNİB[/b]
09.04.2017 - 20:12
[b]Qran-Pridə son günün qazancı: Yenə bir “bürünc”! - YENİLƏNİB[/b]

Cüdo üzrə Antalya Qran-Prisi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın son günündə daha 3 Azərbaycan təmsilçisi tatami üzərinə çıxıb.

 

İlk iki gündə iki bürünc medal qazanan yığmamız üçüncü gün üçüncü dəfə bürünc medal əldə edib.

 

Kişilər

90 kq

Bu çəki dərəcəsində ölkəmizi Tural Səfquliyev təmsil edib. Turnirə 1/8 final mərhələsindən start verən idmançımız ilk görüşünü Cənubi Koreya idmançısı Çan-Ho Kimə qarşı keçirib və qələbə qazanıb. Cüdoçumuzun 1/4 finaldakı rəqibi moqolustanlı Altanbaqana Qantluqa olub. Bu dəfə məğlubiyyətlə barışmalı olan Tural gücünü təsəlliverici görüşlərdə sınayıb. "Bürünc" yolundakı ilk rəqib isə özbəkistanlı Şahzodbek Sabirov olub. İdmançımız uduzaraq yarışı başa vurub.

 

100 kq

Turnirdəki əsas medal ümidlərimizdən biri olan Elxan Məmmədov da ilk mərhələdən azad idi. O, 1/8 finaldakı ilk görüşündə Şirəli Jurayevi (Özbəkistan) yolundan kənarlaşdırıb. Elxanın yarımfinal yolundakı növbəti rəqibi rusiyalı Niyaz İlyasov olub. Uğurunun davamını gətirə bilməyən Məmmədov yarımfinala yüksələ bilməyib. Təsəlliverici görüşlərdə çıxış edəcək idmançımızın budəfəki rəqibi cənubi koreyalı Ho Min Hvanq olub. Qalib gələn Elxan "bürünc" uğrunda BƏƏ təmsilçisi İvan Remarenkonu məğlub edib və turniri mükafatla başa vurub.

 

100+ kq

Ən ağır çəkidə ölkəmizi təmsil edən Uşaqni Kokouri də digər iki komanda yoldaşı kimi yarışa birbaşa 1/8 finaldan qoşulub. O, ilk olaraq cənubi koreyalı Da-Som Yanqı məğlub edib. Kokourinin növbəti rəqibi cənubi qazaxıstanlı Jambul Turqunaliyev olub. Bu rəqibini də sıradan çıxardan Uşanqi yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi qırğızıstanlı cüdoçu Iıurii Krakovetski olub. Rəqibinə uduzan idmançımız "bürünc" uğrunda yarışıb. Rusiyalı Musa Tümenovla üz-üzə gələn və bu dəfə də qalib gələ bilməyən gürcü legioner medalsız qalıb.

 

Qeyd edək ki, turnirin ilk günündə qadınlar 52 kq-da Nəzakət Əzizova, ikinci gündə isə kişilər 73 kq-da yarışan Hidayər Heydərov bürünc medal qazanıb. 

0