Azərbaycan şahmatçısı “Dubai Open-2008” turnirində liderdir
08.04.2008 - 10:27
Azərbaycan şahmatçısı “Dubai Open-2008” turnirində liderdir
Bakı. Kənan Həsənov-APA-Sport. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Dubai Open-2008” ənənəvi şahmat turnirində 2-ci turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 45000 ABŞ dolları mükafat fondu olan yarışda səkkiz şahmatçımız mübarizə aparır. Təmsilçilərimizdən yalnız Rəsul İbrahimov maksimum nəticə göstərib. Hesabında iki xal olan və liderlər qrupunda qərarlaşan həmyerlimiz 3-cü tur çərçivəsində Tamaz Gelaşvili (Gürcüstan) ilə qarşılaşacaq. Sərxan Quliyev, Eltac Səfərli və Loğman Quliyevin hesabında 1,5 xal var. İkinci oyunda məğlub olan turnirin reytinq favoriti Qədir Hüseynov, həmçinin Vasif Durarbəyli və İlqar Bacarani 1 xal toplayıb. Ardıcıl iki oyunda uduzan Ülvi Bacarani autsayderlər qrupunda yer alıb.
0