[b]Cavid Qurbanov Bakıda Şevçenko ilə görüşdü[/b]
10.04.2017 - 17:05
[b]Cavid Qurbanov Bakıda Şevçenko ilə görüşdü[/b]

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov Ümumrusiya Voleybol Federasiyasının prezidenti Stanislav Şevçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Qurbanov ölkəmizdə idmana göstərilən qayğıdan, idmançılarımızın, o cümlədən, voleybolçularımızın ölkədaxili və beynəlxalq yarışlardakı fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Rusiya və Azərbaycan voleybol məktəblərinin tarixi köklərindən söz açan qurum rəhbəri bildirib ki, bu, Azərbaycan Voleybol Federasiyasının prezidenti kimi ilk görüşüdü.

 

Şevçenko da çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də Azərbaycanla ikitərəfli əməkdaşlıq yüksək səviyyədədi.

 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

0