[b]Yarısı Sloveniyaya, yarısı Qubaya - yığmamız "parçalanır"[/b]
11.04.2017 - 09:31
[b]Yarısı Sloveniyaya, yarısı Qubaya - yığmamız "parçalanır"[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının ikinci mərhələsinin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 7-də bir araya gələn yığmamız ayın 15-dən 2 hissəyə bölünəcək.

 

Belə ki, 30 voleybolçu fərqli hazırlıq keçəcək. Yığmamızın əsasını təşkil edəcək oyunçular bazar günü Sloveniyaya, gənclər isə Qubaya yola düşəcəklər. Onlar mayın 2-də yenidən Bakıya dönəcəklər.

 

Komandamıza Mariborda Faiq Qarayev, Qubada Adnan Kistak rəhbərlik edəcək.

 

Qeyd edək ki, hazırlıq İslam Həmrəyliyi Oyunlarına, həmçinin dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələsinə hesablanıb. 

0