Saşa Yunisoğlu əvəzedici heyətdə meydana çıxıb
08.04.2008 - 11:38
Saşa Yunisoğlu əvəzedici heyətdə meydana çıxıb
Qrodzisk. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu Polşanın “Qrotslin” klubunun heyətində 14-cü oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı futbolçu mövsümdə 5-ci dəfə Qrodzisk təmsilçisinin əvəzedici heyətində meydana çıxıb. Əvəzedici komandaların Polşa çempionatında keçirilən 24-cü turun “Qrotslin” – “Qurnik” qarşılaşmasında S.Yunisoğlu 90 dəqiqə meydanda olub. Bu oyunda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri 21 matça 35 xal toplamaqla, turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
0