[b]Bosniyalı qapıçı Bakıda ölümdən döndü - VİDEO[/b]
11.04.2017 - 19:43
[b]Bosniyalı qapıçı Bakıda ölümdən döndü - VİDEO[/b]

Futzal üzrə AÇ-2018-in seçmə mərhələsində Albaniya ilə qarşılaşan Bosniya və Herseqovina millisinin qapıçısı Stanislav Qaliç ağır zədələnib. Apasport.az saytının məlumatına görə, epizodların birində başını yerə vuran “çərçivə qoruyucusu” huşunu itirib.

 

Həkimlər ona təcili müdaxilə edərək həyatını xilas edə biliblər. İlkin tibbi yardımdan dərhal sonra Qaliç Bakıdakı xəstəxanalardan birinə aparılıb.

0