[b]İslamiada: İndoneziya 110 idmançı ilə gəlir[/b]
12.04.2017 - 12:19
[b]İslamiada: İndoneziya 110 idmançı ilə gəlir[/b]

İndoneziya Milli Olimpiya Komitəsi IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılarının sayının açıqlayıb. Apasport.az saytının məlumatına görə, asiyalılar mayın 12-22-də baş tutacaq yarışa 110 atletlə gələcək.

 

İndoneziyalılar 13 idman növündə mübarizə aparacaqlar. Onlar basketbol, voleybol, üzgüçülük, suya tullanma, atletika, paraatletika, idman gimnastikası, cüdo, karate, atıcılıq, taekvondo, ağırlıqqaldırma və uşu yarışlarında medala iddia edəcəklər. 

0