SİZİN REKLAM BURADA

Lisenziyalaşdırma ilə bağlı iclas keçirildi: 14 müraciət kənarda qaldı

Azərbaycan Cüdo Federasiyası son vaxtlar bir çox məsələlərlə bağlı gördüyü işləri sürətləndirməkdədi. Apasport.az saytının məlumatına görə, respublikamızın müxtəlif bölgələrində müasir cüdo məşq zallarının açılıb istifadəyə verilməsi, perspektivli cüdoçuların aşkar olunması və onlara lazımi şəraitin yaradılması prosesi mütəmadi olaraq davam etdirilir.

 

Bununla yanaşı, federasiyanın qarşısında duran prioritet məsələlərdən biri də ölkədə cüdo klubları və idman təşkilatlarının nəzdində olan cüdo bölmələrinin qeydə alınması və onlara lisenziyaların verilməsi idi. Bu gün Azərbaycan Cüdo Federasiyasında bu mövzuya həsr olunmuş iclas keçirilib.

 

Quruma 70-dən çox müraciət olunsa da, onlardan standartlara cavab verdiyinə görə 56-na lisenziya təqdim olunub. Klub və təşkilat nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə gələcəkdə standartlara cavab verən qurumlara lisenziyaların verilməsinin davam etdiriləcəyi qeyd olunub.

 

Lisenziya klub və təşkilatlara 5 il müddətinə verilir. Bu da onlara həmin vaxt ərzində Azərbaycan Cüdo Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda iştirak etmək hüququ verir.

 

Tədbirdə çıxış edən nümayəndələr lisenziyalaşdırma proqramının həyata keçirilmə qaydalarından razı qaldıqlarını və bu vacib işə görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. O da vurğulandı ki, müstəqillik illərində klub və təşkilatların rəsmi olaraq qeydiyyata alınması və onlara müvafiq lisenziyaların təqdim olunması bir ilkdi. Təbii ki, belə düşünülmüş, məqsədyönlü addımların atılması Azərbaycan cüdosunun daha da sürətlə inkişaf etməsinə təkan verəcək.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-32

43

4.

Zirə

27

9

9

9

26-26

36

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8 8

11

26-34

32

7.

Neftçi

27

9

2

16

23-43

29

8.

 AZAL

27

1

7

19

13-47

10

               

 

Top 10
Sizin reklam burada
150x220