[b]David Vilya 50 m-dən möhtəşəm qol vurdu - VİDEO[/b]
15.04.2017 - 12:47
[b]David Vilya 50 m-dən möhtəşəm qol vurdu - VİDEO[/b]

Amerika Milli Futbol Liqasının (MLS) VI turu çərçivəsində baş tutan “Filadelfiya Yunion” – “Nyu-York Siti” görüşündə möhtəşəm qol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, qonaqların futbolçusu David Vilya 50 m-dən baxımlı qola imza atıb.

 

36 yaşlı ispaniyalı futbolçu 90-cı dəqiqədə hesabı 2:0 edib və oyun bu hesabla da başa çatıb.

 

Vilya bildirib ki, qapıçının irəli çıxdığını gördüyündən topu onun başı üzərindən qapıya göndərib. 

0