[b]İslamiada: Yığmamız 2 günə 4 oyun keçirəcək - TƏQVİM[/b]
18.04.2017 - 18:02
[b]İslamiada: Yığmamız 2 günə 4 oyun keçirəcək - TƏQVİM[/b]

İslam Həmrəylik Oyunları çərçivəsində qadın basketbolçuların 3X3 növü üzrə oyunlarının təqvimi müəyyənləşib. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, mayın 18-də start götürəcək yarış 4 gün davam edəcək.

 

Azərbaycan millisi Bakıda baş tutacaq İslamiadaya Türkmənistanla oyunla start verəcək. Komandamız həmin gün Əlcəzairlə də qüvvəsini sınayacaq. Mayın 19-da rəqibimiz Mali və Əfqanıstan olacaq.

 

Bir gün sonra 1/4 finallar, mayın 21-də isə mükafatçılar bəlli olacaq.

 

 

A qrupu: Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali, Əfqanıstan

B qrupu: İndoneziya, Türkiyə, Suriya, Fələstin, Pakistan

 

18 may

Türkmənistan – Azərbaycan

Əlcəzair – Mali

Türkmənistan – Əfqanıstan

Azərbaycan – Əlcəzair

Mali – Əfqanıstan

İndoneziya – Türkiyə

Suriya – Fələstin

İndoneziya – Pakistan

Türkiyə - Suriya

Fələstin – Pakistan

 

19 may

Türkmənistan – Əlcəzair

Mali - Azərbaycan

Əlcəzair – Əfqanıstan

Mali - Türkmənistan

Azərbaycan – Əfqanıstan

İndoneziya – Suriya

Fələstin – Türkiyə

Suriya – Pakistan

Fələstin – İndoneziya

Türkiyə - Pakistan

 

20 may

1/4 finallar

 

21 may

Yarımfinallar

 

Bürünc medal görüşü

 

Final

0