[b]Almaniya millisi Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]
18.04.2017 - 18:49
[b]Almaniya millisi Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]

Qadın voleybolçulardan ibarət Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytını məlumatına görə, yığmamızın rəqibinin baş məşqçisi Feliks Kozlovski komandanı bu il gözləyən 4 böyük yarışda güvənəcəyi 24 oyunçunu müəyyənləşdirib.

 

Bu oyunçular Qran-pri (7-30 iyul), Montro turniri (6-11 iyun) dünya çempionatının seçmə (31 may – 4 iyun) və Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə (22 sentyabr – 1 oktyabr) namizədlərdi. Hər bir turnir üçün yekun heyət həmin yarış ərəfəsində dəqiqləşəcək.

 

Almaniya millisinin heyəti

Denis Hanke, Marin Brinker, Cennifer Qirtyes, Luisa Lippmann, Marie Şölzel, Lenka Dürr (hamısı “Şverin”), Kimberli Drevnyok, Lisa Qründinq (hər ikisi “Potsdam”), İrina Kemmsies, Dora Qrozer (hər ikisi “Vesbaden”), Lena Stiqrot, Barbara Vezorke (hər ikisi “Rote Raben”), Cennifer Pettke, Yulia Şafer (hər ikisi “Ştuttqart”), Yulian Lanqqemaç, Leonie Şvertmann (hər ikisi “Münster”), Frauk Neuhaus (“Aahen”), Anna Poqani (“Köpenicker”), Lisa Stok (“Erfurt”), Lena Möllers, Berit Kauffeldt (“Bezye” Fransa), Lisa İzquierdo (“Samsun BŞB”, Türkiyə), Yana-Franziska Poll (“Panatinaikos”, Yunanıstan), Laura Emonts (“Prostejov” Çexiya)

 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığmaları A qrupunda yer alıblar. 

0