[b]Taekvondoçularımız İranda 2 medal qazandılar[/b]
19.04.2017 - 10:44
[b]Taekvondoçularımız İranda 2 medal qazandılar[/b]

İranda taekvondo üzrə keçirilən “Fajr Open” turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 28-ci olan G1 kateqoriyalı yarışda Azərbaycan 2 bürünc medal qazanıb.

 

Komandamızın hesabına mükafatları “Təhsil” RİM-in yetirmələri İlham Əliyevlə (54 kq) Rəvan Hüseynov yazdırıb. Onlar hər ikisi finala gedən yolda məğlubiyyətə üzülüblər. 

0