SİZİN REKLAM BURADA

“Çərçivə”ni tapmayan, hamıya qol vuran, 15 fərqli futbolçu və digərləri...

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının ikinci günü bir sıra maraqlı məqamlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Barselona”nın “Yuventus” (0:0), “Monako”nun “Borussiya” (3:1) ilə görüşləri rekordla da diqqət çəkib.

 

Belə ki, cari mövsümdə “Borussiya”nın Çempionlar Liqasındakı qollarına 15 fərqli futbolçu imza atıb. Bu, yarışın tarixində mütləq rekorddu.

 

Bundan başqa, daha bir göstərici yaddaqalan olub.

 

- “Yuventus”un qapıçısı Canluici Buffon Çempionlar Liqasında 46-cı quru oyununu keçirib. O, bu göstəricidə yalnız 3 qolkiperdən geri qalır. İker Kasilyas (54), Edvin van der Sar (50) və Petr Çex (47) daha çox belə matç keçirib.

 

- “Barselona” Çempionlar Liqası tarixində 3-cü dəfə eyni rəqiblə pley-off oyunlarında 2 matçda qola həsrət qalıb. “Yuventus”un qapısına yol tapmayan (0:3, 0:0) kataloniyalılar 2007/08 mövsümündə “Mançester Yunayted” (0:0, 0:1), 2012/13 mövsümündə “Bavariya”dan (0:4, 0:3) oxşar zərbə almışdı.

 

- Lionel Messi “Yuventus”un qapısına çərçivədən yan keçən 5 zərbə endirib. Argentinalı karyerasında yalnız bir dəfə daha uğursuz çıxış edib. O, 2011-ci ildə BATE ilə görüşdə 6 dəfə çərçivəni tapa bilməyib.

 

- Komanda yoldaşını əvəzləyən Valer Jermen meydana çıxandan cəmi 22 saniyə sonra “Borussiya”nın qapısına qol vurub. Bu, cari mövsümün rekordudu.

 

- Kilian Mbappe Çempionlar Liqasında pley-offun debütündə ardıcıl 4 matçda qol vuran 6-cı oyunçu olub. “Monako”nun futbolçusu son 3 ildə bunu bacaran ilk qolçudu.

 

- Marko Roys son 13 matçda 15 qolda pay sahibi olub. “Borussiya”nın futbolçusu 11 qol vurub, 4 ötürmə verib.

 

- Falkao Çempionlar Liqasında üz-üzə gəldiyi 24 komandadan 22-nin qapısına qol vurmağı bacarıb. Yalnız iki komanda onun üçün keçilməz olub.

 

- 2014-cü il aprelin 1-də “Atletiko” ilə heç-heçə edən (1:1) “Barselona” sonrakı 3 ildə ilk dəfə Çempionlar Liqasının ev matçından qələbəsiz ayrılıb. Bu müddətdə ardıcıl 15 dəfə qalib gələn İspaniya klubu Luis Enrike ilə ilk dəfə qələbəsiz qalıb.

 

- “Yuventus” tarixində 7-ci dəfə Çempionlar Liqasının yarımfinalına çıxıb. Turun klubu bununla, İtaliya rekordunu müəyyənləşdirib. Bunadək “ağ-qaralar” “Milan”la eyni sayda – 6 dəfə buna nail olmuşdu.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-32

43

4.

Zirə

27

9

9

9

26-26

36

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8 8

11

26-34

32

7.

Neftçi

27

9

2

16

23-43

29

8.

 AZAL

27

1

7

19

13-47

10

               

 

Top 10
Sizin reklam burada
150x220