[b]“Onlar nəyə can atmalı olduqlarını görəcəklər” [/b]
20.04.2017 - 11:59
[b]“Onlar nəyə can atmalı olduqlarını görəcəklər”  [/b]

Azərbaycan millisinin voleybolçusu Yekaterina Jidkovanın apasport.az saytına müsahibəsi

 

- Aprelin 16-dan Sloveniyada təlim-məşq toplanışına start vermisiz. Hazırlıq necə keçir?

- Hazırlıq prosesi yaxşı gedir. Yüklənmə və məşqlərin intensivliyi artan templə davam edir. Fiziki hazırlıq üzərində çalışırıq. Ayrı-ayrı elementlər üzərində də işləməklə komanda oyununu yaxşılaşdırırıq.

 

- Komandada vəziyyət necədi?

- Əla ab-hava var. İşgüzar şəraitdə çalışırıq. Hamımız bura niyə gəldiyimizi bilirik. Ona görə də var qüvvəmizlə məşq edirik. Bir-birimizə dəstək olub, kömək edirik. Bu səbəbdən də kollektivdaxili münasibətlər isti və mehribandı.

 

- Bu dəfə yığmaya daha çox sayda - 30 oyunçu dəvət olunub. Bu haqda nə düşünürsüz?

- Millidə çox sayda oyunçunun olması yaxşıdı. Çünki rəqabət var. Məşqçilər üçün ehtiyat qüvvə də yetişir. Gənc oyunçular üçün çox faydalıdı. Çünki onlar nəyə doğru can atmalı olduqlarını görəcəklər. Gənclər üçün əsas komandaya cəlb olunmaq hədəfi daha da yetişəcək.

 

- Komandanı qarşıda İslam Həmrəyliyi Oyunları, həmçinin dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələləri gözləyir. Bu turnirlərdə şansınız necədi?

- Şanslarımızı çox yüksək qiymətləndirirəm. Mən öz komandamıza inanıram və uğur qazanacağımıza ümid edirəm

 

0