SİZİN REKLAM BURADA

“Bavariya” şikayət etdi, UEFA araşdırmaya başladı

“Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçirilən cavab oyunu ilə bağlı UEFA-ya şikayət edib. Apasport.az saytı xəbər verir ki, Münhen təmsilçisinin narazılığı qarşılaşmanın baş hakimi Viktor Kaşşai ilə yox, İspaniya polisi ilə bağlıdı.

 

Belə ki, Madriddəki görüşün fasiləsində yerli asayiş keşikçiləri qonaq komandanın fanatlarına qarşı kobud davranıblar. “Bavariya” rəhbərliyi polislərin onların fanatlarına qarşı güc tətbiq etdiyini və dəyənəklərlə hücum çəkdiyini vurğulayıb. Almanlar həmin görüntülərin yer aldığı videonu qitə futbol qurumuna təqdim edib. Hadisə ilə bağlı İspaniya polis təşkilatından açıqlama tələb olunub. UEFA da məsələ ilə əlaqədar olaraq araşdırmaya başlayıb.

 

Qeyd edək ki, “Real” hər iki oyunda “Bavariya”nı məğlub edərək (2:1, 4:2) yarımfinala vəsiqə qazanıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220