SİZİN REKLAM BURADA

“Neftçi”dəki 3 kabus

Azərbaycan futbolunun ən köklü klubu olan “Neftçi” bu il 80 illik yubileyini qeyd edir. Bu əlamətdar tarixə biganə qalmayan apasport.az saytı 1937-ci ildə yaranan komanda ilə bağlı silsilə yazılarını davam etdirir.

 

Əvvəlki yazılarda “Neftçi”nin indiyədək keçirdiyi oyun, qələbə, heç-heçə, məğlubiyyət sayını, top fərqini dəqiqləşdirmiş, klub tarixində ən çox oyun keçirənləri müəyyənləşdirmişdik. Bu gün “ağ-qaralar”ın ən məhsuldar futbolçularının adına aydınlıq gətirəcəyik.

 

80 illik tarixin ən yaxşı bombardirləri, daha dəqiqi ağ-qara formada 100 və daha çox qol vuranların kimliyi maraq doğurur. “Neftçi”nin üç belə oyunçusu olub. Yəni, 1937-ci ildən indiyədək yalnız üç futbolçu rəqib qapılarına üçrəqəmli ədədlə ifadə olunacaq sayda qol vurub.

 

Paytaxt təmsilçisinin rəqibləri üçün kabus olan bu oyunçuların cədvəlinə Samir Ələkbərov başçılıq edir. 49 yaşlı veteran hətta Anatoli Banişevski kimi əfsanəni də arxada qoyur.

 

Əslində, Samir də “Neftçi” üçün əfsanə sayılır. Çünki klub tarixinin 1 nömrəli qolçusu olması bunun üçün yetərlidi. Onun hesabında hamıdan çox – 142 qol var.

Ələkbərov daha çox Azərbaycan çempionatında parlayıb. İndiki Premyer Liqanın güclülər dəstəsi adlandığı vaxt qolları sıralayan hücumçu 99 dəfə rəqiblərini məyus edib. Karyerası ərzində bir neçə dəfə cəzalanması, o vaxtkı AFFA rəhbərliyinin qərəzli münasibəti üzündən futboldan uzun müddətə kənarlaşdırılması olmasaydı, “11 nömrə” daha çox qol vurardı.

 

Ötən əsrin 90-cı illərində Azərbaycan futbolunun ən yaxşılarından biri olan forvard SSRİ çempionatının I dəstəsində 27,  Azərbaycan kubokunda 10, SSRİ kubokunda 2 qol vurub. Ələkbərovun daha 4 qolu var ki, bəzi mənbələr yanlış yanaşma ilə həmin topları onun ümumi qol sayına daxil etmir. Söhbət Azərbaycan Superkuboku və SSRİ Federasiya kuboku yarışlarının hərəsindəki 2 qoldan gedir.

 

142 qol vuran “Neftçi”nin ən yaxşı bombardiri əfsanəvi Anatoli Banişevskini 6 top üstələyir. Dahi “9” nömrənin hesabında 136 qol var. Düzdü, o, Azərbaycan çempionatı və kuboku deyil, qat-qat güclü olan SSRİ miqyaslı yarışlarda belə məhsuldarlıq nümayiş etdirib.

Banişevski çempionatın güclülər dəstəsində 81 dəfə rəqib qapılarına yol tapıb. I dəstədə də məhsuldarlığı ilə seçilən hücumçu 40 qola imza atıb. Onun ölkə kubokundakı uğuru o qədər də çox olmayıb. Düzdü, hücumçu SSRİ kubokunda 15 dəfə fərqlənib. Amma komanda daha uğurlu çıxış etsəydi, bu rəqəm də böyük ola bilərdi.

 

“Neftçi”nin 3-cü bombardiri, 100-dən artıq qol vuran sonuncu oyunçu Yunis Hüseynovdu. Maraqlı məqam diqqət çəkir. Ən yaxşı bombardir 11, ikincisi 9, üçüncüsü 7 nömrəli formanın sahibi kimi azarkeşlərin xatirəsində qalıb.

 

Uzun illər kapitan sarğısını da daşıyan 52 yaşlı futbol veteranının hesabında 103 top vurub. Onun da əsas parladığı yarışlar müstəqillikdən sonrakı daxili turnirlərdi. Hüseynov bu dövrdə 71 qol vurub.

“7 nömrə” Azərbaycan çempionatında 58, Azərbaycan kubokunda 13 dəfə rəqib qapısına yol tapıb. O, avrokuboklar, “Birlik kuboku” və Superkubokda fərqlənə bilməyib. Hüseynov SSRİ çempionatının hər iki dəstəsində qol sevinci yaşayıb. Güclülər dəstəsində 4, I dəstədə 24 qol vuran futbolçu SSRİ kubokunda 2, SSRİ Federasiya kubokunda da eyni sayda qola sevinib. Ələkbərovda olduğu kimi onun da statistikasında bəzi yanlışlıqlara görə son iki topu saymayanlar var.

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10