[b]İslamiada: Bağlanış mərasiminin də saatı dəqiqləşdi[/b]
20.04.2017 - 12:56
[b]İslamiada: Bağlanış mərasiminin də saatı dəqiqləşdi[/b]

Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin keçirilmə saatı dəqiqləşib. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, İslamiada mayın 22-də saat 23:00-da başa çatacaq.

 

Tədbir isə saat 20:00-da start götürəcək. Bağlanış da açılış mərasimi kimi təxminən 3 saat davam edəcək.

 

Qeyd edək ki, açılış mərasimi mayın 12-də saat 21:00-da olacaq. 

0