[b]“İnter” Səlahət Ağayevə əvəzləyici tapdı[/b]
20.04.2017 - 13:02
[b]“İnter” Səlahət Ağayevə əvəzləyici tapdı[/b]

Gələn mövsüm Avropa Liqasında oynamaq hüququ qazanan “İnter” fəaliyyətini davam etdirəcək. Apasport.az saytının məlumatına görə, klub artıq transfer çalışmalarına da start verib.

 

Əsas qapıçı Səlahət Ağayev yayda “Neftçi”nin yolunu tutacağından, paytaxt təmsilçisi ilk növbədə qapı xəttindəki boşluğu doldurmağa çalışır. Bu mənada klub rəhbərliyi AZAL-ın çərçivə qoruyucusu Aqil Məmmədovla danışıqlara başlayıb. “Səbail”in də maraq dairəsində olan 28 yaşlı milli üzvü çox güman ki, “İnter”in formasını geyinəcək. Çünki tərəflər arasında artıq ilkin razılıq əldə edilib.

 

Qeyd edək ki, Aqil Məmmədov karyerası ərzində “Bakı” və “Neftçi” klublarında da çıxış edib.

0