[b]“Murad” başlayır[/b]
20.04.2017 - 15:35
[b]“Murad” başlayır[/b]

Aprelin 22-si Bakıda atçılığın konkur növü üzrə A** - S* kateqoriyalı “Murad Kuboku” uğrunda turnir keçiriləcək. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Binə Atçılıq Mərkəzi”nin açıq manejində təşkil olunacaq yarışda 15-dək idmançı və 30-dək atın iştirakı gözlənilir.

 

Turnir saat 11:00 da start götürəcək. Yerli hakimlər kollegiyasının nəzarət edəcəyi yarışın ümumi mükafat fondu isə 5000 manat təşkil edəcək.

 

Qeyd edək ki, turnir Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı və “Murad” Atçılıq Klubunun sponsorluğu ilə baş tutacaq. 

0