[b]“Bakıya daha yaxşı vəziyyətdə yollanacağıq” – “Monako”nun futbolçusu[/b]
20.04.2017 - 16:33
[b]“Bakıya daha yaxşı vəziyyətdə yollanacağıq” – “Monako”nun futbolçusu[/b]

“İslamiada öncəsi komandada yaxşı atmosfer yaranıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Kamerun yığmasının futbolçusu Daua Joskin deyib.

 

“Monako” klubunun əvəzedici heyətində çıxış edən müdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, gələn ay Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları haqda danışıb.

 

Millimizlə eyni qrupda yer alan Kamerun yığmasının üzvü Bakıya çempion olmaq üçün gələcəklərini bildirib: “Portuqaliyanın “Jil Visente” klubunda çıxış etdikdən sonra Fransaya yollandım. Hazırda “Monako”nun əvəzedici heyətinin oyunçusuyam. Bəzi problemlərə görə yığmanın ilk hazırlıq prosesinə qatıla bilməmişdim. Millinin düşərgəsinə ötən həftənin ikinci günü qoşuldum. Yenidən yığmaya dəvət almaq hər futbolçu üçün xoşbəxtlikdi. Məşqlərdə əlimdən gələni edirəm. Kollektivə tam uyğunlaşmışam. Mən qalib ruhlu futbolçuyam, məğlub olmağı sevmirəm. Bakıya daha yaxşı vəziyyətdə yollanacağıq”.

 

Qeyd edək ki, millimiz İslamiadada ilk oyununu mayın 8-də məhz Kameruna qarşı keçirəcək.

 

 

0