[b]Beyl “El Klasiko”ya yetişəcək?[/b]
20.04.2017 - 17:18
[b]Beyl “El Klasiko”ya yetişəcək?[/b]

“Real”ın hücumçusu Qaret Beyl məşqlərə başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçu bu gündən kollektivlə birlikdə hazırlıqda iştirak edir.

 

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Bavariya” ilə ilk matçda zədələndiyi üçün komandasının 2 oyununu buraxan ulduz futbolçunun “Barselona” ilə çempionat görüşünə hazır olub-olmayacağı hələ məlum deyil. Məşqçilər korpusu həmin vaxta qədər 27 yaşlı oyunçunun fiziki hazırlığını yüksəltməyə çalışır.

 

Qeyd edək ki, “Real” – “Barselona” oyunu aprelin 23-də “Santyaqo Bernabeu”da keçiriləcək.

0