[b]“Yuventus”un 3 müdafiəçisi Ronaldo və Levandovski ilə eyni komandada[/b]
20.04.2017 - 17:27
[b]“Yuventus”un 3 müdafiəçisi Ronaldo və Levandovski ilə eyni komandada[/b]

Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, ¼ final mərhələsinin cavab oyunlarından sonra simvolik “11-lik” tərtib edilib.

 

Heyətdə ən çox “Yuventus”un futbolçusu yer alıb. Belə ki, “qoca sinyora”nın 3 müdafiəçisi həftənin ən yaxşı komandasına düşməyi bacarıb.

 

Rəmzi heyət: Mark-Andre ter Ştegen, Xerard Pike (hər ikisi “Barselona”), Aleks Sandro, Dani Alveş, Leonardo Bonuççi (hamısı “Yuventus”), Toma Lemar, Kilian Mbappe (hər ikisi “Monako”), Saul Niges (“Atletiko”), Marko Roys (“Borussiya”, Dortmund), Kriştianu Ronaldo “Real”), Robert Levandovski (“Bavariya”).

 

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinala “Real”, “Atletiko”, “Yuventus” və “Monako” komandaları adlayıb.

 

0