[b]“Qalatasaray”dan dünya ulduzuna təklif – meneceri açıqladı[/b]
20.04.2017 - 18:17
[b]“Qalatasaray”dan dünya ulduzuna təklif – meneceri açıqladı[/b]

“Nitsa”nın hücumçusu Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu italiyalı forvardın meneceri Mino Rayola deyib.

 

O bildirib ki, Fransa klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 26 yaşlı futbolçu üçün “Qalatasaray”dan təklif alıblar. Ancaq “cim-bom”la yanaşı, Çin klubları da İtaliya millisinin üzvünün xidmətində maraqlıdılar. Rayola bu təklifləri mövsümün sonunda nəzərdən keçirib, bir qərar qəbul edəcəklərini bildirib.

 

Qeyd edək ki, karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi nəhəng klubların formasını geyinmiş Mario Balotelli ötən ildən “Nitsa”da çıxış edir.

0