[b]Cerrard yenidən “Liverpul”da oynayacaq[/b]
20.04.2017 - 18:43
[b]Cerrard yenidən “Liverpul”da oynayacaq[/b]

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard yenidən komandanın formasını geyinəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, gələn ay yoxlama görüşündə meydana çıxacaq.

 

Belə ki, may ayında “qırmızılar” Avstraliyanın “Sidney” klubu ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp həmin qarşılaşmada Cerrardla yanaşı, yaxın keçmişin tanınmış simaları Ceymi Karrager, Daniel Agger və Stiv Makmanamanın da oynayacağını söyləyib.

 

Qeyd edək ki, futbolçu karyerasını bu yaxınlarda başa vuran Stiven Cerrard “Liverpul”un akademiyasında məşqçi kimi fəaliyyətə başlayıb.

0