[b]Azərbaycanlı futbolçu xeyriyyə auksionu keçirir[/b]
20.04.2017 - 19:37
[b]Azərbaycanlı futbolçu xeyriyyə auksionu keçirir[/b]

Moskva “Spartak”ının futbolçusu Aleksandr Səmədov maraqlı addımla diqqət mərkəzinə gəlib. Apasport.az saytının paytaxt təmsilçisinin “VKontakte” sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumatına görə, azərbaycanlı futbolçu xeyriyyə aksiyasına start verib.

 

Rusiya millisinin üzvü özünün, komanda yoldaşları Cano, Dmitri Kombarov və Kvinsi Promesin, eyni zamanda ukraynalı veteran futbolçu Artyom Rebrovun imzalı oyun formalarını auksiona çıxarıb.

 

Əldə olunan gəlir isə Aleksandrova şəhərindəki uşaq internat evinin həyətində idman meydançasının yaradılmasına sərf ediləcək.

0