[b]“Qalatasaray”lı əfsanə silahlı hücuma məruz qaldı[/b]
20.04.2017 - 20:21
[b]“Qalatasaray”lı əfsanə silahlı hücuma məruz qaldı[/b]

“Qalatasaray”ın əfsanəvi oyunçularından biri olan Farid Kamilo Mondraqon insidentlə üzləşib. Apasport.az saytının məlumatına görə, kolumbiyalı qapıçı ölkəsində silahlı hücuma məruz qalıb.

 

Bu barədə yerli mətbuata futbolçu özü açıqlama verib. Keçmiş “çərçivə qoruyucusu” bildirib ki, paytaxt Boqotanın idman dükanlarından birində al-ver edərkən üzərinə silah çəkilib və saatını verməsi tələb edilib. Özünü itirən oyunçu tələbə əməl edib. Çöldə isə daha 3 nəfər motosikletdə gözləyirmiş.

 

Qeyd edək ki, Mondraqon hadisə ilə bağlı polisə müraciət edib.

0