SİZİN REKLAM BURADA

AÇ-də II gün: Heydərov “qızıl xal”la “qızıl”, Orucov “bürünc” qazandı

Cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olub.

 

Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxıb.

 

73 kq

Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ippanla qalib gəlib. Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparıb. Cüdoçumuz bu rəqibini də yarışdan kənarlaşdırıb. Orucov 1/4 finalda Musa Moquşkovla qarşılaşıb. Lakin rusiyalı cüdoçu həmyerlimiz üçün keçiməz olub.

 

Rüstəm təsəlliverici qarşılaşmada şimal qonşularımızın digər üzvü Denis Yartsevi yolundan kənarlaşdıraraq "bürünc" uğrunda döyüşməyə haqq qazanıb. Onun medal uğrunda sonuncu rəqibi yarımfinalda bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərova uduzan macarıstanlı Mikloş Unqvari olub. Macar cüdoçu bu dəfə də azərbaycanlı ilə bacarmayıb. Olimpiya mükafatçımız Avropa çempionatından da medalla dönür.

 

Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edib. Həmyerlimiz Xavyer Ramireslə (İspaniya) üz-üzə gəlib. Görüş təmsilçimizin aktivinə yazılıb. Heydərov ikinci qarşılaşmasında türkiyəli Həsən Vanlıoğlu ilə münasibətinə aydınlıq gətirib. İdmançımız qonşu ölkə təmsilçisini cəmi 57 saniyəyə məğlub edib. O, 1/4 finalda isveçli Tomm Makiasla gücünü yoxlayıb. Hidayət bu döyüşünü də xeyrinə bitirib. Həmyerlimiz yarımfinalda macarıstanlı Mikloş Unqvarini yolundan kənarlaşdıraraq həlledici mərhələyə yüksəlib.

 

Hidayəti "qızıl"dan rusiyalı Musa Moquşkov da ayıra bilməyib. Əsas hissəsi bərabərliklə başa çatan mübarizədə idmançımız "qızıl xal"la "qızıl" qazanıb.

 

81 kq

Yığmamızın perspektivli cüdoçusu Rüfət İsmayılovun Avropa çempionatında debütü ikinci mərhələdə olub. O, 1/16 finalda Kristian Toniste (Estoniya) ilə qüvvəsini sınayıb və ipponla qalib gəlib. İsmayılov 1/8 finalda Nokon Zaborosçiusla qarşılaşıb. Təəssüf ki, "Böyük dəbilqə"nin qızıl medalçısı məğlubiyyətə üzülüb. 

 

Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10