[b]Dortmunddakı partlayışa görə Rusiya vətəndaşı saxlanıldı[/b]
21.04.2017 - 10:15
[b]Dortmunddakı partlayışa görə Rusiya vətəndaşı saxlanıldı[/b]

Dortmundda baş verən partlayışla əlaqədar daha bir nəfər saxlanılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu xəbəri şəhərin baş prokurorluğu yayıb.

 

Saxlanılan şəxsin rusiyalı olduğu bildirilib. Adı açıqlanmayan 28 yaşlı şübhəlinin həm Rusiya, həm də Almaniya vətəndaşlığı var. Onun aprelin 9-20-si aralığında Dortmundun bir neçə otelində qalması aidiyyəti orqanları şübhələndirib.

 

Qeyd edək ki, hadisə aprelin 11-də “Borussiya”nın Çempionlar Liqasında “Monako” ilə ilk oyunundan əvvəl baş verib. “Borussiya”nın məskunlaşdığı otelin yaxınlığında 3 bomba partlayıb ki, bu, komandanın müdafiəçisi Mark Bartranın qolunun qırılması ilə nəticələnib. Həmçinin, qarşılaşma da bir gün sonraya təxirə salınıb.

0