[b]İngiltərə yığmasının sabiq futbolçusu dünyasını dəyişdi[/b]
21.04.2017 - 12:50
[b]İngiltərə yığmasının sabiq futbolçusu dünyasını dəyişdi[/b]

İngiltərə yığmasının keçmiş futbolçusu, “Tottenhem”in U-23 komandasının baş məşqçisi Uqo Ehioqu dünyasını dəyişib. Apasport.az saytı xəbər verir ki, bu barədə London klubu rəsmi məlumat yayıb.

 

Ehioqu 44 yaşında həyatla vidalaşıb. Keçmiş müdafiəçinin ölümünə səbəb ürəktutması olub. Belə ki, Ehioqu “Tottenhem”in bazasında olarkən, anidən özündən gedib. Dərhal xəstəxanaya aparılan Uqonun infarkt keçirdiyi məlum olub.

 

Qeyd edək ki, futbolçu karyerası ərzində “Vest Bromviç”, “Aston Villa”, “Midlsbro”, “Lids Yunayted”, “Reyncers” və “Şeffild Yunayted” klublarının formasını geyinmiş Ehioqu İngiltərə yığmasında 4 oyunda 1 qola imza atıb. O, 2014-cü ildən “Tottenhem”də çalışırdı.

 

 

0