[b]“Qaradərililərin Avropada məşqçi olmaq şansları yoxdu” [/b]
21.04.2017 - 15:25
[b]“Qaradərililərin Avropada məşqçi olmaq şansları yoxdu” [/b]

“Mançester Yunayted”in sabiq futbolçusu Duayt York sevimli komandasını çalışdırmaq arzusundadı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 45 yaşlı keçmiş hücumçu bunun heç vaxt gerçəkləşməyəcəyini düşünür.

 

Trinidad və tobaqolu mütəxəssis bunu qaradərili olması ilə əlaqələndirib. O, Avropanın əksər ölkələrində irqçiliyə yol verildiyini və ayrı-seçkilik edildiyini söyləyib.

 

Yorkun fikrincə, qaradərililərin “köhnə qitə”də baş məşqçi olmaq şansları yoxdu: “Qaradərili futbolçular karyeralarını bitirdikdən sonra məşqçi kimi çalışa bilmirlər. Əgər problem rəngdə deyilsə, o zaman nədədi? Dürüst olaq. Heç olmasa, müsahibə vermək imkanımız olur. Qaradərili futbolçular idmanın inkişafı üçün illərdi əllərindən gələni edirlər. Bəs İngiltərə və ya İtaliyada qaradərili klub rəsmisi görə bilirsinizmi? Bununla bağlı geniş siyahı hazırlamaq olar. Hansısa məşqçi bir klubdan qovulanda, çox sakit şəkildə başqa birinin “sükanı arxası”na keçə bilir. Ancaq bizim heç danışıq aparmaq imkanımız olmur. Hesab edirəm ki, bu, haqsızlıqdı”.

 

Qeyd edək ki, futbolçu karyerasının böyük hissəsini İngiltərədə keçirən Duayt York 1998-2002-ci illərdə “Mançester Yunayted”in formasını geyinib.

0