[b]“Qəbələ” İtaliya “İnter”inə uduzdu[/b]
21.04.2017 - 16:26
[b]“Qəbələ” İtaliya “İnter”inə uduzdu[/b]

“Qəbələ”nin U-16 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib. Apasport.az klubun saytına istinadən məlumatına görə, aprelin 20-25-də keçiriləcək yarışın ilk günü geridə qalıb.

 

“Qəbələ” A qrupunda İtaliya “İnter”i ilə gücünü sınayıb. Matç italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub. Şəhruz Mustafayevin komandası ikinci oyunda meydan sahibi Tiflis "Dinamo"su ilə qarşılaşacaq. Matç bu gün keçiriləcək.

 

"Qəbələ" qrupdakı digər rəqibi Belçika "Gent"i olacaq. Matç sabah - aprelin 22-də baş tutacaq.

0