[b]Mbappe hamını qabaqladı[/b]
21.04.2017 - 17:12
[b]Mbappe hamını qabaqladı[/b]

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşısı adına Kilian Mbappe seçilib.

 

“Monako”nun Dortmund “Borussiya”sı ilə görüşündə (3:1) qol vuran hücumçu bu ada digər namizədləri qabaqlayıb. O, Xuan Kuadrado (“Yuventus”), Aryen Robben (“Bavariya”) və Ceymi Vardini (“Lester”) qabaqlayıb.

 

Mbappe UEFA-nın rəsmi saytının keçirdiyi sorğuda 51 faiz səs toplayıb. Kuadrado 22, Robben 15, Vardi 12 faiz səs yığıb.

 

 

0