[b]Meydanda olan futbolçuya görə 1 dəqiqəlik sükut[/b]
21.04.2017 - 17:36
[b]Meydanda olan futbolçuya görə 1 dəqiqəlik sükut[/b]

Libertadores Kubokunun III turu çərçivəsində Kolumbiyanın “Santa Fe” və Braziliyanın “Santos” klubları arasında keçirilən oyundan öncə maraqlı hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, start fitindən əvvəl meydanda olan futbolçulardan birinin xatirəsi “yad edilib”.

 

“Santos”un hücumçusu Rikardo Oliveyraya görə 1 dəqiqəlik sükut elan olunub. Məsələ burasındadı ki, stadionun diktoru adları səhv salıb. Öncədən bir neçə gün əvvəl dünyasını dəyişmiş Aleşandre de Karvalyonun xatirəsinin yad edilməsi nəzərdə tutulub. Lakin arenanın diktoru biabırçı səhvə yol verərək, 1 dəqiqəlik sükutun Rikardo Oliveyraya görə verildiyini bildirib. Halbuki, “Milan” və “Valensiya”nın keçmiş hücumçusu yaşayır, üstəlik, o məqamda meydanda olub.

 

Maraqlıdı ki, diktorun özü də daxil olmaqla, stadionda heç kim həmin səhvin fərqinə varmayıb.

 

Qeyd edək ki, “Santa Fe” – “Santos” matçı qolsuz bərabərliklə başa çatıb.

 

 

0