Joze Mourinyo nikbin deyil
21.04.2017 - 21:39
Joze Mourinyo nikbin deyil

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin “Anderlext”lə cavab oyununda zədələnən “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviçin zədəsi ciddidi. Apasport.az xəbər verir ki, bu barədə klubun saytına açıqlamasında mankunianların baş məşqçisi Joze Mourinyo deyib.

 

Portuqaliyalı mütəxəssis İbrayla yanaşı, Roxonun da vəziyyətinin yaxşı olmadığını bildirib: “Dəqiq danışmaq üçün öncə İbrahimoviç və Roxonun müəyinəsinin nəticələrini görməliyik. Ancaq bu məsələdə hisslərim heç də yaxşı şey vəd etmir. Nikbin olmaq istəyirəm, lakin deyiləm”.

 

Qeyd edək ki, Roxonun da zədələnməsiylə “Mançester Yunayted”in müdafiə xəttində problemlər bir az da artıb. Belə ki, arxa xəttdə Kris Smollinq və Fil Consun da zədəsi davam edir.

0