[b]Millimiz ikinci oldu[/b]
22.04.2017 - 10:15
[b]Millimiz ikinci oldu[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci yeri tutub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan millimiz 2:0 hesabı ilə qələbə qazanıb.

 

Komandamızın heyətində hər 2 qola Lamiyə Qurbanova imza atıb.

 

Qeyd edək ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro millisinə penaltilər seriyasında qalib gəlmişdi.

0