[b]Yığmamız Gürcüstanda kubok qazandı[/b]
22.04.2017 - 12:47
[b]Yığmamız Gürcüstanda kubok qazandı[/b]

Gürcüstanın paytaxtı Tbilisidə 18 yaşadək oğlan voleybolçular arasında “Bahar kuboku” keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda xal hesabına görə birinci yeri Azərbaycan yığması tutub.

 

İlk görüşdə Gürcüstanın gənclər yığmasını 3:2 hesabı ilə üstələyən həmyerlilərimiz ardınca “Tbilisi” komandasına qalib gəliblər – 3:1.  

 

Üçüncü görüşündə “Kutaisi”yə uduzan (2:3) millimiz sonuncu matçda Gürcüstanın 1998-1999-cu il təvəllüdlü voleybolçularından ibarət komandasına 3:1 hesabı ilə qalib gəlib.

 

Nəticədə yığmamız ümumi xal hesabına görə kubokun qalibi adını qazanıb.

0