[b]“Yuventus”un futbolçusu “Mançester Siti”nin hədəfində[/b]
22.04.2017 - 13:35
[b]“Yuventus”un futbolçusu “Mançester Siti”nin hədəfində[/b]

“Mançester Siti”nin yay transfer dövründə heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər” “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi ilə maraqlanırlar.

 

Premyer Liqa təmsilçisi İtaliya yığmasının da formasını geyinən 30 yaşlı oyunçunu heyətinə qatmaqda israrlıdı. “Mançester Siti” rəhbərliyi bu keçidin baş tutması üçün 60 milyon avro xərcləməyə hazırdı. Qarşı tərəfin təklifi necə qarşılayacağı maraq doğurur.

 

Qeyd edək ki, 2010-cu ildən “Yuventus”da çıxış edən Bonuççi həmin ildən İtaliya yığmasının da şərəfini qoruyur. 

0