[b]“Ronaldo və Neymarda olan istedad onda da var”[/b]
22.04.2017 - 15:24
[b]“Ronaldo və Neymarda olan istedad onda da var”[/b]

“Reşford əla mərkəz hücumçusuna çevriləcək. Mən buna şübhə etmirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri keçmiş futbolçu Pol Skoulz deyib.

 

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında hazırda “mankunianlar”ın formasını geyinən Markus Reşford barədə danışıb.

 

Skoulz 19 yaşlı forvardı böyük gələcək gözlədiyini bildirib: “İnanılmaz sürətə malikdi. İndiki məqamda “Mançester Yunayted”in ən vacib futbolçusu məhz Reşforddu. Özü də cəmi 19 yaşı var. Markus həmişə mərkəz hücumçusu mövqeyində çıxış edib. “Mançester Yunayted”in gənclər komandalarında onun oyununu izləmişəm. Reşford mövsüm ərzində 30-40 qol vururdu. Bilirəm ki, bu oğlan hücumları qolla tamamlamağı, fərqlənməyi bacarır. Kriştianu Ronaldo və Neymarda olan istedad Reşfordda da var. Markus dünya futbolunun ulduzuna çevrilə bilər. Hər şey özündən asılıdı”.

 

Qeyd edək ki, Markus Reşford “Mançester Yunayted”in əsas komandasında ümumilikdə 62 oyunda 18 qola imza atıb.

0