[b]Milli üzvü oynadı, komandası qələbə qazandı[/b]
22.04.2017 - 20:15
[b]Milli üzvü oynadı, komandası qələbə qazandı[/b]

Ukrayna Premyer Liqasında XXVI tur davam edir. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın üzvü Dmitri Nağıyevin şərəfini qoruduğu “Dnepr” də növbəti oyununu keçirib.

 

Sözügedən komanda doğma meydanda “Vorskla” ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Nağıyev 75-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, düşmə qrupunda yer alan “Dnepr” 26 oyundan sonra 15 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Əlavə olaraq bildirək ki, yerli federasiya müxtəlif səbəblərdən komandanın 15 xalını silib.

0