SİZİN REKLAM BURADA

2 “qızıl”, 3 “bürünc” – yığmamız 4-cü oldu

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında fərdi yarışlar başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirin son günündə millimiz 4 nəfərlə mübarizə aparıb.

 

90 kq çəkidə yarışan Məmmədəli Mehdiyevlə, 100 kq çəkidəki Elmar Qasımov “bürünc”ü son anda əldən veriblərsə, 100 kq çəki dərəcəsindəki digər təmsilçimiz Elxan Məmmədov çempion olub. Ən ağır çəkidəki təmsilçimiz Uşanqi Kokouri isə çıxışını erkən başa vurub.

 

Bu gün əldə olunan 1 qızıl medal və 2 beşinciliklə bərabər yığmamız medal sıralamasında irəliləyib. Komandamız turniri ümumi hesabda 4-cü, kişilərin sıralamasında isə 2-ci sırada bitirib.

 

Ümumi sıralamada birinci yeri Rusiya (9 medal: 2q-3g-4b), ikinciliyi Fransa (7 medal: 2q-3g-2b), üçüncülüyü isə Ukrayna (3 medal: 2q-1g) qazanıb.

 

Qeyd edək ki, turnirin geridə qalan iki günündə millimiz aktivinə 4 medal yazdırıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medala sahib olduğu halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) “bürünc”lə kifayətləniblər.

 

Sabah isə Azərbaycan yığması komanda yarışlarında mübarizə aparacaq. Komandaların birinciliyində Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də digər cüdoçularımızla birgə yarışacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10