SİZİN REKLAM BURADA

Millimiz texniki məğlubiyyətlə "bürünc"dən oldu

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, fərdi yarışlar başa çatdıqdan sonra bu gün komandalar arasında qalib bəlli olub.

 

Kişilərin yarışında 16 ölkənin komandası çempionluq uğrunda mübarizə aparıb.

 

Millimizin 1/8 finaldakı ilk rəqibi Monteneqro olub. Yığmamız balkanlıları darmadağın edib - 5:0. Nicat Şıxalizadə, Hidayət Heydərov, Rüfət İsmayılov, Tural Səfquliyev, Uşanqi Kokouri rəqiblərinə şans verməyiblər.

 

Növbəti rəqib isə Çexiya ilə görüşdən qalib ayrılan Fransa olub. Komandamız yarımfinal uğrundakı gərgin mübarizədən məğlub ayrılıb - 2:3. Hidayət Heydərov və Məmmədəli Mehdiyev öz çəkilərində qalib gəlsə də, Nicat Şıxəlzadə, Rüstəm Orucov və Elxan Məmmədov isə uduzub.

 

Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi olub. Yığmamız bu dəfə də rahat qələbəyə sevinib - 4:1. Nicat Şıxalizadə, Hidayət Heydərov, Rüfət İsmayılov və Məmmədəli Mehdiyev qalib gəlib, yalnız Kokouri məğlubiyyətə üzülüb.

 

"Bürünc" yolundakı son rəqib isə Ukrayna yığması olub. İlk üç çəkidə idmançılarımız qələbə qazansa da, son iki görüş baş tutmayıb. Hakimlər isə Ukrayna millisinə texniki qalibiyyət verib. Əldə etdiyimiz məlumata görə, buna səbəb 90 kq çəki dərəcəsindəki təmsilçimiz Məmmədəli Mehdiyevin döyüşə çıxmamasıdır. Yeni qaydalara görə isə bu, həmin komandaya texniki məğlubiyyət verilməsini şərtləndirir.

 

Kişilər

 

1/8 final

Azərbaycan – Monteneqro - 5:0

 

66 kq Nicat Şıxalizadə - Yusuf Nurkoviç

73 kq Hidayət Heydərov - Nikola Qusiç

81 kq Rüfət İsmayılov - Miliç

90 kq Tural Səfquliyev - Bubanya

+90 kq Uşanqi Kokouri - Pantiç

 

1/4 final

Azərbaycan - Fransa - 2:3

 

66 kq Nicat Şıxəlzadə - Aleksandr Maryak

73 kq Hidayət Heydərov - Lyuk Korval

81 kq Rüstəm Orucov - Pape Ndaye

90 kq Məmmədəli Mehdiyev - Aksel Klerj

+90 kq Elxan Məmmədov - Sirill Maret

 

Təsəlliverici görüş

Azərbaycan - Hollandiya - 4:1

 

66 kq Nicat Şıxəlizadə - Van Harten

73 kq Hidayət Heydərov - Sem Van Vestende

81 kq Rüfət İsmayılov - De Vit

90 kq Məmmədəli Mehdiyev - Ven Tend

+90 kq Uşanqi Kokouri - Maykl Korrel

 

Bürünc medal uğrunda görüş

Azərbaycan - Ukrayna - 3:0 (Ukrayna millisinə texniki qələbə verilib)

 

66 kq Nicat Şıxəlizadə - Gevorq Xaçatryan

73 kq Hidayət Heydərov - Kanivets

81 kq Rüfət İsmayılov - Krivçaç

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220