[b]“Neftçi” dəstəksiz qaldı: Azarkeşlər stadionu tərk etdilər - VİDEO[/b]
23.04.2017 - 17:44
[b]“Neftçi” dəstəksiz qaldı: Azarkeşlər stadionu tərk etdilər - VİDEO[/b]

Azərbaycan Premyer Liqasının XXVII turunda “Neftçi” “Zirə” ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, ilk yarısı davam edən oyun azarkeşlərin istefa şüarları ilə başlayıb.

 

Oyunu izləyən “Forza Neftçi” fanklubunun üzvləri arasında əvvəlcə fikir ayrılığı yaranıb. Bir qrup komandaya dəstək vermək lazım olduğunu bildirsə də, başqa bir qrup istefa şüarları səsləndiməyə davam edib.

 

Bu vəziyyət isə çox davam etməyib. Komandadan narazı olan fanatların əksəriyyəti stadionu tərk ediblər.

 

Qeyd edək ki, 26 oyundan sonra aktivində 29 xal olan “Neftçi” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 

 

 

0